Transferinə 103 milyon xərclənən ulduz "Roma"da?

Transferinə 103 milyon xərclənən ulduz "Roma"da?

"Roma" yayda heyətini gücləndirmək niyyətindədi. Fanat.az xəbər verir ki, İtaliya klubunun hədəfindəki ilk isim Radamel Falkaodu.

Müqavilə ilə "Monako"ya məxsus olan kolumbiyalı futbolçu "Çelsi"yə icarəyə verilib. Lakin o, London klubunda özünü yaxşı tərəfdən göstərə bilmir (12 oyun, 1 qol). Bu səbəbdən "Çelsi" yayda onu geri göndərəcək. "Monako" isə amerikalı ulduzun maaşını ödəmək gücündə deyil. Buna görə də knyazlıq klubu onu satmaq niyyətindədi. "Roma"nın məşqçilər korpusu Falkaoya inanır və klub rəhbərliyi mümkün qədər ucuz qiymətə kolumbiyalı ulduzu İtaliyaya aparmaq niyyətindədi.

Qeyd edək ki, Falkao Avropaya 2009-cu ildə üz tutub. Həmin vaxt "Portu" onu "River Pleyt"dən 5.43 milyon avroya transfer etmişdi. Portuqaliya klubu 2 il sonra amerikalı futbolçunu "Atletiko"ya 40 milyon avroya satmışdı. 2013-cü ildə isə "Monako" onu 43 milyon avroya almışdı. Fransa klubu 30 yaşlı hücumçunu 2014-cü ildə "Mançester Yunayted"ə 7.6, 2015-ci ildə "Çelsi"yə 7 milyon avroya icarəyə verib. Beləliklə, 5 klub 7 ildə bu futbolçunun transferinə və icarə müqaviləsinə 103 milyon 30 min avro sərf edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər