Tottinin "Roma"dakı yeni işi

Tottinin "Roma"dakı yeni işi

"Roma"nın canlı əfsanəsi Françesko Totti daha bir il "canavarlar"ın şərəfini qoruyacaq. Fanat.az xəbər verir ki, ötən gün tərəflər arasında müqavilənin müddəti yenilənib.

"Roma" forması ilə 25-ci mövsümə hazırlaşan Totti müqavilə imzalama mərasimindən sonra açıqlamasında xoşbəxt olduğunu bildirib. O, karyerasını paytaxt klubunda başa vurduqdan sonra klubdakı fəaliyyətini idman direktoru kimi davam etdirəcək. Yayılan məlumata görə, bununla bağlı klub rəhbərliyi təcrübəli yarımmüdafiəçi ilə 6 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Totti "Roma"nın heyətində 758 qarşılaşmaya çıxıb və 304 qol vurub.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər