“Tottenhem”in futbolçusu: "Penalti yox idi"

“Tottenhem”in futbolçusu: "Penalti yox idi"
"Tottenhem"in futbolçusu Kiran Tripper "Qarabağ"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ingilis müdafiəçi hakim penalti qərarını yalnış adlandırıb: 
"Debüt matçımda özümü çox yaxşı hiss etdim. Stadiondakı atmosfer fantastik idi. Hakim qapımıza yanlış penalti təyin etdi. O epizodda penalti yox idi. Hər halda, mən belə düşünürəm. Ancaq futbolda belə hallar olur. Erkən qol buraxdıq. Buna baxmayaraq, vaxtında dönüş edib bizə lazım olan iki qol vurduq və hesabda önə keçdik. Qələbəni komanda şəklində qazandıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər