"Ter Ştegen La Liqada bunu bütün futbolçulardan yaxşı edir" - Dieqo Simeone

"Ter Ştegen La Liqada bunu bütün futbolçulardan yaxşı edir" - Dieqo Simeone

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen haqda danışıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis  "Barselona"ya aid sənədli film haqqında "Prime Video"ya belə deyib: 

"Mən həmişə demişəm ki, Ter Ştegen ayaqla istənilən La Liqa komandasındakı oyunçulardan daha yaxşı oynayır". 

Bu mövsüm 31 yaşlı qolkiper bütün turnirlər daxil olmaqla 9 oyun keçirib, 8 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlaya bilib. Səkkiz turdan sonra "Barselona" İspaniya çempionatının turnir cədvəlində lider "Real Madrid"dən cəmi bir xal geri qalaraq ikinci yeri tutur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər