Ten Haq La Liqadan futbolçu bəyənib

Ten Haq La Liqadan futbolçu bəyənib

"Barselona"nın yarımmüdafiıçisi Frenki de Yonq İngiltərə Premyer Liqasında çıxış edə bilər. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsindədir. Məlumatı "Sport.es" yaylb. 

Mənbə qeyd edir ki, niderlandlı oyunçunun xidmətində "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Erik ten Haq şəxsən maraqlıdır. 

De Yonq "Barselona"da çıxış etməkdən məmnun olsa da, komandanın məşqçilər korpusu ona etimad göstərmir. 

Xatırladaq ki, Niderland millisinin üzvü 2019-cu ildə Kataloniya klubunda çıxış edir. 83 oyunda meydana çıxan futbolçu 7 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər