Taekvondoçumuz ermənini məğlub etdi - FOTO

Taekvondoçumuz ermənini məğlub etdi - FOTO

Avropa Taekvondo Birliyi tərəfindən Latviyanın Dauqavpils şəhərində təşkil edilən gənclər arasında Avropa birinciliyi davam edir. Fanat.az xəbər verir ki, 45 ölkədən 448 taekvondoçunun qatıldığı və sayca 20-ci dəfə düzənlənən qitə birinciliyinin ikinci günü Mamed Abdullayevin rəhbərlik etdiyi yığma komandamızın 3 üzvü, adlarını mükafatçılar sırasına yazdırıb.

Belə ki, -48 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov erməni rəqibi Harutyun Karbuzyanı 28-04 hesabı ilə məğlub edib. Ukraynalı İlya Qritsyuku (15-8) və ispan Joze İqnakio Trejo Munoz (9-3) üzərində inamlı qələbə qazanan Maqomedov, yarımfinala adlayıb. Yarımfinalda rusiyalı Aleksey Rudniklə gərgin keçən döyüşdə isə minumal hesabla (20-21) məğlub olaraq bürünc medala sahib çıxıb.

Taekvondoçumuz ermənini məğlub etdi - FOTO

Digər oğlan taekvondoçumuz Kamil Abdulrazakov (-63 kq) yunan Georgios İmvriotisi (15-2), Makedoniya təmsilçisi Kostadin Georgievski (20-4) və danimarkalı Mike Patrik Smit Anderseni (14-2) yarışdan kənarlaşdırıb. Yarımfinala vəsiqə qazanan Abdulrazakovun rəqibi Nikola Curceviç (Serbiya) isə keçilməz olub.

Taekvondoçumuz ermənini məğlub etdi - FOTO

Qızlar arasında millimizi təmsil edən Gülhanım Yeşildal da bürünc medala layiq görülüb. Gülhanım qarşılaşdığı belarsulu idmançı Svitlana Paçabut (7-0), alman Ronda Nat (7-1) və macar Senge Patakfalvya (11-5) şans verməyərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə polşalı idmançı Patrisa Adamkieviç təmsilçimizdən üstün olub.

Taekvondoçumuz ermənini məğlub etdi - FOTO

Qitə birinciliyi 24-25 oktyabr tarixlərində davam edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər