Taekvondoçumuz dünya birincisi oldu

Taekvondoçumuz dünya birincisi oldu

Rusiyanın Çelyabinsk şəhərində keçirilən böyüklər arasında taekvondo üzrə dünya çempionatında iştirak edən yığma komandamızın üzvü Radik İsayev (87 kq) bütün rəqiblərinə qalib gələrək dünya birincisi olub. 

Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, kişilərdən ibarət komandamız yarışa baş məşqçi Reza Mehmandoustun, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılıb.

Qeyd edək ki, Radik İsayev 2014-cü ildə Avropa çempionu olmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər