Taekvondoçularımızın Tokioya səfər vaxtı bilindi

Taekvondoçularımızın Tokioya səfər vaxtı bilindi
Tokio-2020-də iştirak edəcək iki taekvondoçumuzun Yaponiya paytaxtına səfər tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarışa qatılacaq komandamızın üzvləri iyulun 18-də Tokioya yola düşəcək. 
Hər iki taekvondoçumuz iyulun 26-da dayanq üzərinə çıxacaq. Yarış başa çatdıqdan 1 gün sonra isə komandamız Bakıya qayıtmağı planlaşdırır.
Taekvondo yarışlarında ölkəmizi qadınlarda Fəridə Əzizova (67 kq), kişilərdə isə Milad Beiqi Harçeqani(80 kq) təmsil edəcək.
Taekvondoçularımız Olimpiadaya Bakıda hazırlaşır.
Qeyd edək ki, Tokio-2020-də taekvondo yarışları  iyulun 24-dən 27-dək təşkil olunacaq.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər