Taekvondoçularımız Romadan fiasko ilə dönür

Taekvondoçularımız Romadan fiasko ilə dönür

İtaliyanın paytaxtı Romada taekvondo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha iki təmsilçisi dayanq üzərinə çıxıb. 

Qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) və kişilərin 80 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə ilk mərhələdəcə, müvafiq olaraq, İspaniya və Özbəkistan idmançılarına uduzaraq mübarizəni dayandırıblar. 

Daha əvvəl kişilərdən Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (68 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) Qran-Pridə mükafatçılar sırasına düşə bilməyiblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər