Taekvondoçularımız Niderland çempionatında iştirak edəcək

Taekvondoçularımız Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları oktyabrın 15-də Eyndhoven şəhərində keçiriləcək açıq Niderland çempionatında iştirak edəcəklər.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, ölkəni kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 idmançı təmsil edəcək.

Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaq.

Bu gün Niderlanda yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər