Taekvondoçularımız Dohada 5 medal qazanıblar

Taekvondoçularımız Dohada 5 medal qazanıblar

Taekvondo üzrə Azərbaycan milli komandası Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.

Fanat.Az xəbər verir ki, idmançılarımız G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olublar. 

Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər