Taekvondoçularımız Avropa çempionu oldu

Taekvondoçularımız Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən taekvondo üzrə kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan Azərbaycanın hər iki taekvondoçusu qızıl medal qazanıb.

Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər