Taekvondoçular ölkənin ən güclülərini müəyyən edəcək

Taekvondoçular ölkənin ən güclülərini müəyyən edəcək

Sabah taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq. 

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək. 

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar. 

Yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. 

Döyüşlərə hər gün saat 09:00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər