AZAL baxışa daha bir futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, Tacikistan yığmasının üzvü Axtam Kamraqulov Vaqif Sadıqovun etimadını qazanmağa çalışır.
Lakin Sadıqov onunla bağlı qərar verməyə tələsmir. Baş məşqçi Kamraqulovu yoxlama oyununda sınadıqdan sonra qərarını açıqlayacaq.
Qeyd edək ki, Axtam Tacikistanın "Reqar-TadAZ" klubundan gəlib. O, əvvəllər vətənində "Vaxış"ın (Qurqonteppa) formasını geyinib. 25 yaşlı hücumçu Tacikistan millisində 9 oyun keçirib və 3 qol vurub.
Fanat.az