İngiltərə Premyer Liqasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün üç matç baş tutub.
"Liverpul" "Suonsi"ni qəbul edib. 7 qolun vurulduğu oyunda "qırmızılar" 4:3 hesablı qələbə qazanıb. "Liverpul" əvvəlcə 2:0, sonra 3:2 hesabı ilə önə keçsə də, "Suonsi" bərabərliyi təmin edə bilib. Lakin meydan sahibləri qələbə qolunu vura bilib.
"Tottenhem" səfər matçında "Norviç"ə yenilib - 0:1. Eyni hesabla "Nyukasl" evdə "Aston Villa"nı məğlub edib.
Fanat.az