Türkiyə Klublar Birliyinin yeni planları açıqlanıb. Fanat.az хəbər verir ki, birlik klubların yayım və sponsor gəlirlərini artırmaq niyyətindədi.
Oyunların yayım hüququnun satışından ən azı 1.5 dəfə artıq xeyir götürmək istəyən Super Liqa klubları "Super Liqa A.Ş" yaratmağa hazırlaşır. Bundan sonra isə Klublar Birliyinin adı dəyişdirilərək Futbol Birliyi olacaq və buradan aşağı dəstələrdəki peşəkar klublar da yararlana biləcək.
Əsas hədəf İslam və Türk dünyasına yol tapmaqdı. Klublar Birliyinin ilk addımı Super Liqanın yayım hüququnu Azərbaycan və digər türkdilli ölkələrə satmaq olacaq. Daha sonra isə areal digər müsəlman ölkələrinə doğru genişləndiriləcək. Bu ölkələrdə Super Liqa klublarının fan-shopları açılacaq.
Fanat.az