Cənubi Kiprin AEL klubunun üzvü Aleksandru İonita karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, rumın forvarda klublarımızdan biri elçi düşüb. Lakin həmin klubun adı açıqlanmayıb.
Qeyd edəki ki, İonita cari mövsümdən çıxış etdiyi AEL-in heyətində cəmi 2 oyuna çıxıb və 12 dəqiqə oynayıb. Rumın futbolçu 2013/14 mövsümündə Branimir Subaşiçlə birlikdə "Orduspor"da çıxış edib. O, əvvəllər Rumıniyanın "Rapid", "Rokar" və Almaniyanın "Köln" klubuna klublarında çıxış edib, Rumıniyanın U-21 yığmasında çıxış edib (8 oyun).
Fanat.az