Stolüstü tennisçilər üçün Çexiya sınağı

Stolüstü tennisçilər üçün Çexiya sınağı

Yeniyetmə stolüstü tennisçilər Şakir Qədirovla Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıb. 

Fanat.Az xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.

Təlim-məşq toplanışının nəticələrinə əsasən fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar. Və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər