Stolüstü tennisçilər Çexiyaya yollandı

Stolüstü tennisçilər Çexiyaya yollandı

Oktyabrın 9-dan 16-dək Cexiyanin Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnir keçiriləcək.

Fanat.Az xəbər verir ki, 15 və 17 yaşadək idmançıların qatıldığı toplanışda ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edəcək.

Seçmə komandanın üzvləri bu gecə Çexiyaya yola düşüblər.

Qeyd edək ki, hər iki tennisçi yalnız perspektivli idmançıların dəvət aldığı bu layihənin əvvəlki mərhələlərində uğurlu çıxışla diqqət çəkib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər