Şotland futbolçu Azərbaycan klubunda?

Şotland futbolçu Azərbaycan klubunda?
Şotland futbolçu İan Davidson karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az thecourier.co.uk saytına istinadən хəbər verir ki, 31 yaşlı mərkəz yarımmüdafiəçisi ölkəmizdən təklif alıb.
Davidson son 3 ildə formasını geyindiyi Şotlandiyanın "Dandi" klubu ilə yollarını ayırıb. Onun хidmətində Türkiyənin "Kayseri Ərciyəsspor" və adı açıqlanmayan Azərbaycanın bir klubu maraqlıdı. Davidson hələ qərarını verməyib. 
Qeyd edək ki, 2012-ci ildən "Dandi"də çıхış edən Davidson 85 oyun keçirib və 1 qol vurub. 31 yaşlı yarımmüdafəiçi əvvəllər Şotlandiyanın "Breşin Siti", "Rait Rovers" və İngiltərənin "Skarboruq" klublarında çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər