Slaven Biliç “Beşiktaş”ı çalışdıracaq

Slaven Biliç “Beşiktaş”ı çalışdıracaq
“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Moskva “Lokomotiv”i ilə yollarını ayırmış Slaven Biliç ilə anlaşıb.
44 yaşlı mütəxəssis “qara-qartallar”la 2 illik müqavilə imzalayacaq. İyunun 27-də onun İstanbula gəlməsi gözlənilir. Xorvatiyalı çalışdırıcı bu vəzifədə daha əvvəl “Beşiktaş”dan göndərilən Səməd Aybabanı əvəz edib. 
Qeyd edək ki, Biliç məşqçilik karyerasına ölkənin “Hayduk” (2001-2002) klubunda başlayıb. O, 2004-2006-cı illərdə Xorvatiyanın 21 yaşlılardan ibarət milli komandasına rəhbərlik edib. 2006-cı ildə isə Slaven Xorvatiyanın əsas yığmasının “sükanı arxası”na keçib. Biliç 6 il bu millini çalışdırdıqdan sonra 2012-ci ildə Moskva “Lokomotiv”ində işləyib. Lakin Rusiya klubuna o, yalnız 1 il rəhbərlik edib. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər