"Shusha Chess 2022"nin iştirakçıları Bakıda

"Shusha Chess 2022"nin iştirakçıları Bakıda

Sentyabrın 21-də rapid və blits üzrə “Shusha Chess 2022” beynəlxalq turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, yarış iştirakçıların əksəriyyəti artıq Bakıdadır.

Sabah kişi və qadınların yarışında bütün iştirakçılar Şuşaya yollanacaq və elə həmin gün də püşkatma mərasimi keçiriləcək.

Kişilər arasında turnirdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli (hamısı Azərbaycan), Van Hao (Çin), Santoş Vidit Qucrati (Hindistan), Parham Maqsudlu (İran), Rüstəm Kasımcanov (Özbəkistan) və Mustafa Yılmaz (Türkiyə) mübarizə aparacaq.

Qadınların yarışında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva (hamısı  Azərbaycan), Nana Dzaqnidze, Meri Arabidze (hər ikisi Gürcüstan), Marsel Efroimski (İsrail), Jolanta Zavadska (Polşa) və Kübra Güvenli (Türkiyə) qüvvəsini sınayacaq.

Turnir sentyabrın 24-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər