"Simurq"un bütün legioner futbolçularının bu gün ölkəni tərk edəcəyini xəbər vermişdik. Bunlardan ən gözlənilməzi Draqan Çeran olub.
Serbiyalı futbolçu digərləri kimi pul üzünə həsrət qalsa da, bombardir olmaq üçün mövsümün sonunadək komandada qalacağını bildirmişdi. Bəs onun birdən-birə ölkəmizi digərləri kimi erkən tərk etməsinə səbəb nə olub?
Sport7.az bunun üçün futbolçunun özü ilə əlaqə saxlayıb. 27 yaşlı hücumçu bunu qız dostunun səhhəti ilə əlaqələndirib: "Bəli, mən istəyirdim ki, bombardir olum və "Simurq"u yaxşı formada tərk edim. Nurlan Novruzova çatmağıma 1 top qalmışdı. Ancaq istəmədən "Simurq"u tərk etməli oldum. Çünki qız dostum hamilədi. İlk dəfə ata olacağam. Bunun üçün də bu günləri sevgilimin yanında keçirmək istədim".
Qeyd edək ki, "Bakı"nın hücumçusu Nurlan Novruzov 15 qol vurub. Draqan Çeran isə son turda məhz "Bakı" ilə görüşdə etdiyi dublla qollarının sayını 14-ə çatdırıb.
Fanat.az