Serjinyo Dest "Çelsi"yə keçə bilər

Serjinyo Dest "Çelsi"yə keçə bilər

"Barselona"nın müdafiəçisi Serjinyo Dest "Çelsi"yə keçə bilər.

Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, London klubu dizindən əməliyyat olunacaq və mövsümün qalan hissəsini buraxacaq Ben Çilvelə əvəzləyici axtarır.

Daha əvvəl "mavilər"in "Everton"un futbolçusu Luka Dinlə də maraqlandığı haqda iddia yayılmışdı.

Destin xidmətində "Bayern Münhen", "Arsenal" və "Ayaks" klubu klublar da maraqlıdır.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm La Liqada 12 oyun keçirib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər