Sergey Çernışev: "Bakıda bəxtimiz gətirir"

Sergey Çernışev: "Bakıda bəxtimiz gətirir"
Voleybol üzrə Çempionlar Liqasının püşkü atılandan sonra klub nümayəndələri yeni mövsüm haqda fikirlərini səsləndirməyə başlayıblar. Fanat.az xəbər verir ki, təmsilçilərimizdən "Rabitə"nin düşdüyü A qrupundakı rəqiblər də münasibətlərini bildiriblər. 
Əsas rəqibimiz, turnirin son qalibi Rusiyanın Kazan "Dinamo"sunun direktoru Sergey Çernışev klubumuz haqqında da danışıb: "Dinamo" birinci səbətdə olduğundan bizim üçün ikinci səbətdən hansı rəqibin düşəcəyinin fərqi yox idi. Demək olar Bakıda bəxtimiz gətirir və bu şəhər bizə xoşbəxtlik bəxş edib. "Rabitə"ylə oyuna da sakit yanaşırıq. Qrupumuz yaxşıdır. Bu gün üçün turnirin ilkin mərhələsi bəlli görüşünür. Bütün qruplarda liderlər var, bizdə bunlar "Dinamo" və "Rabitə"dir. Ən maraqlısı isə pley-offda başlayacaq. Çexiya və Polşa komandaları dişimizə görədir. Hər şey bizim hazırlığımızdan, oyuna konsentrasiyamızdan asılı olacaq. Əsas məqsədimiz hazırlıqlı, sağlam və qələbəyə ac olmaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər