Sərdar Azmun La Liqa klubuna keçir

Sərdar Azmun La Liqa klubuna keçir

Hüquqları Almaniyanın "Bayer Leverkuzen" klubuna məxsus olan, hazırda "Roma"da çıxış edən Serdar Azmun La Liqada oynamağa yaxındır.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə məlumat yayıb.

Xəbərə görə, "Sevilya" ulduz forvardla maraqlanır. Əndəluslular Azmunun "Roma"yla icarə müqaviləsini qışda dayandırmağın mümkün olub-olmadığını araşdırır. La Liqa təmsilçisi bununla bağlı "Bayer"ə sorğu göndərib.

“Sevilya” həmçinin “Çelsi”dən David Fofana ilə də müqavilə imzalamaq üzərində işləyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər