Səid Mollayi diskvalifikasiya olundu - Səbəb

Səid Mollayi diskvalifikasiya olundu - Səbəb

Dohada (Qətər) cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı tatami üzərinə çıxıb.

Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Səid Mollayi (81 kq) 1/16 finalda Fransua Gauthier Drapeau (Kanada) ilə qarşılaşıb. Görüşün gedişində qadağan olunmuş fənd işlədən Mollayi "hansoku-make" ilə cəzalandırılıb və rəqibi qalib elan edilib.

Beləliklə, mundialın dördüncü günü də millimiz üçün medalsız başa çatıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər