Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazandı

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazandı

Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.

A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.

Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər