UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk mərhələdə 5 oyun keçirilib.
Qazaxıstan “Şaxtyor”u doğma azarkeşlər önündə “Seltik”i qəbul edib. Qazaxıstan təmsilçisi rəqib qapısından 2 cavabsız top keçirib. Qarşılaşma 2:0 hesabı ilə də başa çatıb.
“Lion”da öz meydanında “Real Sos.”-la münaibətlərinə aydınlıq gətirib. 90 dəqiqənin sonunda qələbəyə sevinən tərəf qonaqlar olub – 0:2.
Hollandiyanın PSV klubu İtaliya “Milan”ını qəbul edib. “Qırmızı-qaralar” hesabda öndə olsalar da qələbə sevinci yaşaya bilməyib. Belə ki, ev sahibi komanda matçın 60-cı dəqiqəsində məğlubiyyətdən yaxa qurtara bilib.
Digər bir oyun isə Portuqaliyada baş tutub. Burada “Viktoriya” “Moribor”u qonaq edib. Qonaqlara mərhəmət göstərməyən ev sahibləri rəqibi 3:1 hesabı ilə məğlub edib.
Günün qollu oyunu isə Portuqaliyada baş tutub. “P.Fereyra” Rusiyanın “Zenit” klubunu qəbul edib. İlk hissə rusların minimal hesablı qələbəsi ilə başa çatsa da, ikinci hissədə azarkeşlər daha qollu matç izləyib. Şirokovun het-triki və Deqranın yeganə qolu Peterburq təmsilçisini 1:4 hesablı qələbəyə sevindirdi.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
20 avqust
20:00. “Şaxtyor” –”Seltik” – 2:0Qollar: Finonçenko, 12, Serges Xizniçenko, 77.
23:45. PSV – “Milan” – 1:1Qollar: El Şaravi, 15 - Matavz, 60
23:45. “P.Fereyra” – “Zenit” – 1:4Qollar: Şirokov, 27; 60; 90. Omar Deqra, 85 - Andre, 58.
23:45. “Lion” – “Real Sos.” – 0:2Qollar: Qriezman, 17. Seferoviç, 50
23:45. “Viktoriya” – “Maribor” – 3:1Qollar: Cisovski, 8. Darida, 58. Duris, 90 - Mejac, 66
Fanat.az