San-Pauluda FİFA Klublararası Dünya Çempionatının finalını böyük ekrandan izləyən minlərlə azarkeş arasında iğtişaş baş verib.
Fanat.Az xəbər verir ki, polisin həbsxana gözətçisi olduğunu bildirdiyi şəxs oyunu izləmək üçün getdiyi Palmeiras stadionunun qarşısında güllələnib.
"Azarkeşlər arasında dava olub, iğtişaş baş verib və bir nəfər güllələnib", - polisin açıqlamasında deyilir.
Polis kütləni dağıtmaq üçün müdaxilə edib və bir nəfər həbs edilib. İzdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən polis növbəti iğtişaşların qarşısını almaq üçün ərazidə patrul fəaliyyətini davam etdirir.
Qeyd edək ki, “Çelsi” Əbu-Dabidə keçirilən həlledici oyunda “Palmeyrası” 2:1 hesabı ilə məğlub edib.