Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanıldı

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanıldı

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

Fanat.Az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova - Gülnar Məmmədova partiyası heç-heçə başa çatıb.

Qeyd edək ki, ikinci görüşlər sabah baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər