"Beşiktaş"dan ayrılan İsmayıl Köybaşı bu gün "Fənərbaxça"yla 3 illik müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablayan Köybaşı "Fənərbaxça" azarkeşlərindən üzr istədiyini bildirib:
"Ötən mövsümün sonundakı çempionluğu bayram edərkən mənim də içində olduğum qrup bəzi səhvlərə yol verdi. Məni tanıyanlar bilir ki, belə xarakterli adam deyiləm. Özümü o səviyyəyə endirməməli idim. Buna görə də bütün "Fənərbaxça" azarkeşlərindən üzr istəyirəm".
Xatırladaq ki, "Beşiktaş" çempion olduqdan sonra "qara-qartallar"ın futbolçuları İsmayılın soyadından istifadə etməklə qarşı tərəfə qeyri-etik mesaj ünvanlamışdılar.
Fanat.az