Rüdiger "Çelsi"dən ayrılır? - ÖZÜ DEDİ

Rüdiger "Çelsi"dən ayrılır? - ÖZÜ DEDİ

"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger "Bayern Münhen"ə keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Goal.com futbolçunun söylədiklərini belə çatdırıb:

"Əlbəttə, "Bayern Münhen"in mənə maraq göstərməsi xoşdur. Maraqlanırlarsa, deməli, hər şeyi düz edirəm. Ancaq diqqətimi başqa səmtə yönəltməyə hazırlaşmıram. Klubumun qarşısında öhdəliklərim var və yaxşı oynamağa davam edəcəm. Hər oyunda bacardığımın ən yaxşısını ortaya qoymaqda qərarlıyam. "Çelsi"də hər şey ürəyimcədir".

2017-ci ildən "zadəganlar"ın sıralarında olan Rüdiger ötən mövsüm İngiltərə Premyer Liqasında 19 matça çıxaraq 1 qol və eyni sayda avtoqolla yadda qalıb. Daha öncə "Roma" və "Ştutqart"ın uğurları üçün çalışmış arxa xətt oyunçusu 2014-cü ildən Almaniya millisinə çağırılır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər