Almaniya mətbuatı "Borussiya Dortmund" klubunun yarımmüdafiəçisi Marko Roysa (Marco Reus) "Bayern Münhen"də oynaya biləcəyi ilə bağlı sualla müraciət edib.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki. 32 yaşlı futbolçu "Bayern"dən təklif gələrsə buna necə reaksiya verəcəyini açıqlayıb:
"Mən və "Bayern Münhen"? Əsla! Söz verirəm, məni heç bir zaman "Bayern" formasında görməyəcəksiniz!"
Xatırladaq ki, Marko Roys 2012-ci ildən "arılar"ın şərəfini qoruyur.
Emin Şəmsiyev