Ronaldunun klubu "Çelsi"nin ulduzunu transfer edir

Ronaldunun klubu "Çelsi"nin ulduzunu transfer edir

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante Səudiyyə Ərəbistanı çempionatında oynaya bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, "Əl-Nəsr" portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da istəyinə əsasən, 32 yaşlı fransız ulduzu transfer etməkdə maraqlıdır.

Səudiyyə klubu Kanteyə böyük məbləğdə pul ödəməyə hazırdır. Futbolçu “Əl-Nasr”a pulsuz keçə bilər, çünki onun “zadəganlar”la müqaviləsinin müddəti iyunun sonunda başa çatır.

Kante ötən mövsüm "Çelsi"nin heyətində cəmi 9 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər