Ronaldu yenidən "Çelsi"yə təklif olundu

Ronaldu yenidən "Çelsi"yə təklif olundu

"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu "Çelsi"yə keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiya "Daily Mail"ə məxsusdur.  

37 yaşlı hücumçunun agenti Xorxe Mendeş onu növbəti dəfə London klubuna təklif edib.

Mendeş "Çelsi"nin nümayəndələri ilə əlaqə saxlayıb. O, klubun mövqeyinin dəyişib-dəyişmədiyini öyrənməyə çalışır.

Qeyd edək ki, Ronaldu daha əvvəl "Çelsi"yə təklif olunsa da, baş məşqçi Tomas Tuxel bundan imtina edib. Portuqaliyalı forvardın "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər