Ronaldu "Çelsi" ilə matçdan sonra nə yazdı?

Ronaldu "Çelsi" ilə matçdan sonra nə yazdı?

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə "Çelsi"yə qarşı oyundan (1:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı superulduz şəxsi "Twitter" hesabında post paylaşıb:

"Qarşıda hələ çox uzun yol var. "Mançester Yunayted"də oynayırsansa, mümkünsüz heç nə yoxdur. Hədəfimizə doğru sonadək irəliləyəcəyik".

Qeyd edək ki, 30 xalı olan "Çelsi" Premyer Liqanın turnir cədvəlində lider mövqeyində qərarlaşıb. MY isə 18 xalla 8-ci sıradadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər