Roman Qriqorçuk: "Sizə taksi yollamağa da hazıram"

Roman Qriqorçuk: "Sizə taksi yollamağa da hazıram"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 5:1 hesabı ilə darmadağın edən "Qəbələ" adını yarımfinala yazdırıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablayıb.

- Hər zaman böyükhesablı qələbələri sevdiyiniz bildirirdiz. Bu gün arzunuza çatdınızmı?

- Əla nəticədi. Komanda çox qol vuranda hər şey yaxşı olur.

- Asif Məmmədov kollektivə qoşula bilibmi?

- Asif bu gün hazır olan futbolçulardandı. Buna görə də, o, bu gün meydanda idi.

- "Zirə"ni tam analiz etmisiz, yoxsa hələ sirli nəsə qalıb?

- Biz hər zaman rəqib barədə maksimum məlumat əldə etməyə çalışırıq. Deyə bilərik ki, rəqib haqda çox şey bilirik. Yeni bir şey olsa, bunu yenə öyrənəcəyik. Artıq növbəti oyunu düşünürük.

- Bugünkü qələbə arxayınlıq yaradırmı?

- Bu, olmamalıdı. Belə hesablı qələbə arxayınlığa imkan verməməlidi. Bunun üçün də müvafiq addımlar atacağıq. Vəziyyəti düzgün qiymətləndirib yola davam etmək lazımdı. 

- Kubokun finalının Gəncədə keçirilmə ehtimalı var. Bu, sizə uyğundu, yoxsa Bakıda oynamaq daha yaxşı olar?

- Əvvəlcə Gəncədə futbol oynamaq üçün meydança olmalıdı. Meydança yaxşı vəziyyətdə olsa, orada oynamaq olar.

- Yarımfinalda hansı rəqibi arzulayırsız? 

- Bizim üçün fərqi yoxdu. Hansı qalib gəlsə, deməli o komanda daha güclüdü.

- Media Qəbələyə böyük tərkiblə gələndə "Qəbələ" də böyükhesabla qalib gəlir. Bu nədən irəli gəlir? Medianın ayağı düşərlidi, ya xüsusi motivasiya olur?

- Düzü, bundan xəbərim olmayıb. Futbolu hər zaman insanlar üçün oynayırıq. Dediyiniz mövzü düzgündürsə, mən sizə taksi yollamağa da hazıram (gülür). 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər