Roman Qriqorçuk "Şaxtyor"un baş məşqçisi ola bilər. Fanat.az xəbər verir ki, bu barədə Ukraynanın m.ua.tribuna.com saytı məlumat yayıb.
Belə ki, hazırkı baş məşqçi Mirça Luçesku yayda komandanı tərk edəcək. Onun yerinə isə 5 namizəd var: Miron Markeviç, Yuri Vernidub, Roman Qriqorçuk, Razvan Luçesku və Dario Srna. Daha bir namizədi isə saytın əməkdaşı özü irəli sürüb: Pako Xemes.
Həmkarlarımız Markeviçi sadə, Vernidubu optimal, Luçeskunu doğma, Srnanı davamçı, Qriqorçuku isə maraqlı variant kimi qələmə veriblər. Qriqorçuku iddialı mütəxəssis sayan yerli KİV onu Vernidubdan daha təcrübəli hesab edir. Hətta onun “Qəbələ” və bundan öncəki klubu “Çernomorets”dəki oyun üslubu da “Şaxtyor”a bənzədilir: “Lakin “Şaxtyor” avrokuboklarda daha böyük iddiası olan komandadı. “Çernomorets”də o, əsasən qısa ötürmələrə üstünlük verirdi. Lakin çətin vəziyyətlərdə oyunçular xarakter nümayiş etdirə bilirdilər. Əgər Qriqorçuk “Şaxtyor”un “sükanı arxası”na gəlsə, rəhbərlik daha yüksək səviyyəli oyunçular transfer edəcək”.
Fanat.az