Roman Qriqorçuk: "Ona yüksək qiymət verirəm"

Roman Qriqorçuk: "Ona yüksək qiymət verirəm"
Roman Qriqorçuk "Qarabağ"la oyunla bağlı (1:1) fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi komandasından razı qalıb:
"Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Futbolçularımla yalnız fəxr edirəm. Onların oyunu məni xeyli qürurlandırdı. Peşəkarlarla çalışdığımı bir daha hiss etdim. Qalib gələ bilməsək də, yalnız gözəl sözlər deyə bilərəm. Oyunçularıma gəldikdə, bütün futbolçularımdan razıyam. Xüsusi ilə Rəşad Sadiqovdan. Bu gün ona yüksək qiymət verirəm. O, qarşısına qoyulan bütün tapşırıqları ən yaxşı şəkildə yerinə yetirdi. Avropa Liqasına vəsiqə qazansaq da, komanda hələ də, kompleks oyunu göstərə bilmir. Hakimərdən danışmaq istəmirəm. Oyun ərzində də hər hansı bir etirazım olmadı. Elə məqamlar var idi onlardan danışa bilərdik. Amma əvvəlki oyunlarda daha çox idi".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər