Roman Qriqorçuk: "Meydanda çox şey yaşandı"

Roman Qriqorçuk: "Meydanda çox şey yaşandı"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesablı məğlubiyyəti dəyərləndirib. Fanat.Az xəbər verir ki, mütəxəssis Ukrayna klubunun mətbuat xidmətinə açıqlamasında heyətə yeni futbolçularınn cəlb olunduğunu və onların imkanlarını bilmədiyini deyib: 

"Heyətə yeni oyunçular cəlb etmişik. Onların imkanlarını hələ bilmirəm. Bu görüşdə meydanda çox şey yaşandı ki, onları təhlil etmək çətindi. İntizamsızlıq: bu barədə danışmaq istəmirəm. Yaxşı ki, bu oyun keçirildi. Biz “Dinamo”nun fonunda özümüzü gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdu. Bunu yaratmaq üçün də çox az vaxtımız var”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər