Roman Qriqorçuk: "Bu, çox məsuliyyətli sınaqdı"

Roman Qriqorçuk: "Bu, çox məsuliyyətli sınaqdı"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da I Avropa Oyunları ilə bağlı düşüncələrini bölüşüb. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis "Qəbələ İK" qəzetinə açıqlamasında idmançılarımıza uğurlar arzulayıb: 

"Azərbaycanın belə bir böyük turniri qəbul etməsi çox yaxşı haldı. Bu, çox ciddi yarışdır, məsuliyyətli sınaqdı. Belə turnir ölkənin beynəlxalq miqyasda adını, nüfuzunu qaldırır. İlk Avropa Oyunlarının ölkənizdə keçirilməsi çox önəmlidi. Bilirəm ki, bu yarışda “Qəbələ” də xeyli idmançı ilə təmsil olunur. Onlar arasında tanınmış idmançılar, dünya və Avropa çempionları da var. Mən onlara böyük nəticələr qazanmağı arzu edirəm. Əlbəttə, mən bir vətənpərvər kimi öz ölkəmi də sevirəm. Nəticəylə bağlı arzularımı ukraynalı idmançılara da şamil edirəm. İstərdim ki, bizim ölkənin təmsilçiləri də Azərbaycanda çoxlu medal qazansınlar”.

Xatırladaq ki, Azərbaycan “Bakı-2015”də 289 idmançı ilə 50 iştirakçı ölkə arasında 3-cü, Ukrayna 243 idmançı ilə 6-dı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər