"Roma" Konfrans Liqasının ilk qalibidir

"Roma" Konfrans Liqasının ilk qalibidir

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edib.

Hesabı matçın 32-ci dəqiqəsində romalılar açıb. Oyunun sonrakı dəqiqələrində hər iki tərəfin fərqlənmək şansları olsa da, başqa qol vurulmayıb.

Beləliklə, Joze Mourinyunun komandası KL-in ilk qalibi adını qazanıb

UEFA Konfrans Liqası

Final

25 may

"Roma" (İtaliya) - "Feyenoord" (Niderland) 1:0 

Qol: Nikolo Dzanyolo, 32.

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.

Roma: Rui Patrisio, Rik Karsdrop, Canluka Mançini, Kris Smollinq, Rocer İbanes, Brayan Kristante, Nikola Zalevski, Lorenso Pelleqrini (k), Henrix Mxitaryan, Nikolo Dzanyolo, Temmi Abraham. Feyenoord: Castin Beylo (k), Lutsarel Gertruyda, Markos Senesi, Tayrell Malasia, Gernot Trauner, Fredrik Aursnes, Orkun Kökcü, Qus Til, Luis Sinisterra, Reyss Nelson, Siril Dessers.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər