Roberto Karlos: "Çelsi"yə keçməyə çox yaxın idim"

Roberto Karlos: "Çelsi"yə keçməyə çox yaxın idim"
Roberto Karlos 2007-ci ildə "Çelsi"yə keçə bilərmiş. Lakin son anda transfer baş tutmayıb və braziliyalı futbolçu "Fənərbağça" ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, Karlos Goal.com-a açıqlamasında keçidin hüquqi məsələlər səbəbindən alınmadığını bildirib:
"Fənərbağça" və "Çelsi"dən təklif almışdım. Son anda "Çelsi" ilə anlaşa bilmədik və "Fənərbağça" ilə müqavilə imzaladım.
Amma London klubuna keçməyə çox yaxın idim. Demək olar ki, bütün məsələlərdə anlaşmışdıq. Sadəcə, ora getməli və müqaviləyə imza atmalı idim.
"Fənərbağça"ya keçidimdən bir həftə əvvəl Parisə yollandım. Roman Abramoviç və Piter Kenyonla görüşdük. Təəssüf ki, son anda müəyyən fikir ayrılıqları oldu və keçid baş tutmadı. Futbolda belə şeylər çox olur. Hüquqi məsələlərdə problem yaranmışdı.
Dediyim kimi, hər şey hazır idi. 100% əmin idim ki, Premyer Liqada uğurlu olacam. Liqa mənim özəlliklərimə uyğundu".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər