Robbendən "Beşiktaş" açıqlaması

Robbendən "Beşiktaş" açıqlaması

"Bavariya"nın futbolçusu Aryen Robben "Beşiktaş"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Bavariya"dan ayrılmağı düşünmədiyini deyib:

"Hər yay eyni tipli xəbərlər yayılır. Bu xəbərlərə gülürəm. "Bavariya"dan ayrılmağı düşünmürəm. Rəhbərlik hər zaman mənimlə görüşə və ya menecerim olan atamla əlaqə saxlaya bilər. Maraqlandığım yeganə şey yaxşı futbol oynamaqdır".

Qeyd edək ki, ötən mövsüm zədə səbəbindən cəmi 22 oyunda meydana çıxan Robbenin "Bavariya" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər