Rəhim Həsənov Ukraynanın 2 futbolçusunu cəzalandırdı

Rəhim Həsənov Ukraynanın 2 futbolçusunu cəzalandırdı
Azərbaycanlı hakimlər beynəlxalq arenada daha bir oyun idarə edib. Fanat.az xəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi briqada 21 yaşadək futbolçular arasında "AVRO-2017"nin seçmə mərhələ matçında ədaləti qoruyub.
Hakimlərimiz Ukrayna - Makedoniya matçını idarə edib. 3-cü qrupun Kiyevdə baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhim Həsənov Ukrayna yığmasından Taras Kaçaraba aə Beka Vaçiberadzeni, Makedoniyadan Besir Demirini sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev kömək edib, 4-cü hakim Orxan Məmmədov olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər