"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi

"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi
İspaniya La Liqasında iyun ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Fanat.Az La Liqanın saytına istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema mükafata layiq görülüb. Fransız futbolçu ötən ay 5 matçda meydana çıxmış və 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Benzemanın cari Primero mövsümündəki göstəriciləri belədi: 17 qol, 3 asist.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər