"Real"ın "Çelsi"ni mübarizədən kənarlaşdıracağına əminəm"

"Real"ın "Çelsi"ni mübarizədən kənarlaşdıracağına əminəm"

"Real Madrid"in sabiq hücumçusu Raul Qonsales İspaniya nəhənginin Çempionlar Liqasının 1/4 finalındakı rəqibini - "Çelsi"ni keçəcəyinə əmin olduğunu deyib.

Fanat.Az xəbər verir ki,  veteran forvard "Marca"ya açıqlamasında belə danışıb:

"Əlbəttə, "Real"ın "Çelsi"ni mübarizədən kənarlaşdıracağına əminəm. İspaniya çempionatında birinci pillədə olduğumuz kimi, ÇL-də də çıxışımızı inamla davam etdiririk. Mövsümün ən önəmli bölümü başlayır. Məhz indi hər şeyə aydınlıq gələcək. Əsl futboldan zövq almaq vaxtıdır".

"Çelsi" - "Real" matçı aprelin 6-da, cavab qarşılaşması isə 12-də baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər