Ötən gün "Real Madrid" "Santyaqo Bernabeu"da "Jirona"nı darmadağın (4:0) edib.
Fanat.Az MD-ya istinadən xəbər verir ki, oyun zamanı meydan sahibləri Kataloniya komandasının baş məşqçi Xavini ələ salıblar.
Onlar şüar səsləndiriblər: “Xavi, qal!”
Qeyd edək ki, Xavi cari mövsüm başa çatdıqdan sonra "Barselona"nın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Bu qərara səbəb hazırda "Real Madrid"dən 11 xal geridə olan Kataloniya klubunun zəif nəticələri olub.