"Real Madrid"in yarımmüdafiəçisi İngiltərə nəhənginə keçdi - RƏSMİ

"Real Madrid"in yarımmüdafiəçisi İngiltərə nəhənginə keçdi - RƏSMİ

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" Braziliya yığmasının və “Real Madrid”in yarımmüdafiəçisi Kazemironu heyətinə qatıb.   Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 30 yaşlı futbolçu “qırmızı şeytanlar”la 4+1 illik müqavilə bağlayıb. “Mançester Yunayted” bu transfer üçün “Real”a bonuslarla birlikdə 70 milyon funt-sterlinq (82.4 milyon avro) ödəyəcək.   Kazemiro 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. O, Madrid təmsilçisinin heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu klubla 18 kubok qazanıb. Yarımmüdafiəçi Braziliya millisində 63 oyun keçirib, 5 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər